Beyləqanda azyaşlı uşaq faciəli şəkildə ölüb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyunun 9-da Beyləqan rayonunun Əhmədli kəndində qeydə alınıb. Orada yaşayan azyaşlı Pünhan Babayev evlərinin yaxınlığından keçən arxa yıxılaraq boğulub.
 
Faktla bağlı araşdırma aparılır.
.