Bəxtiyar Aslanbəyli "BP-Azerbaijan” şirkətinin vitse-prezidenti təyin olunub. "BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı APA-ya məlumatı təsdiqləyib.

Şirkət sözçüsü bildirib ki, B.Aslanbəyli avqustun sonundan vəzifəsinin icrasına başlayacaq. O, bu vəzifədə xarici vətəndaşı əvəzləyəcək.
Virtualaz.org-un əldə etdiyi məlumata görə, Bəxtiyar Əli oğlu Aslanbəyli 1976-cı il avqustun 7-də Bakıda anadan olub.
1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi bakalavr pilləsi üzrə, 1997-1999-cü illərdə isə magistr pilləsi üzrə təhsil alıb.
2000-2005-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun dissertantı olub. 1999-cu ildən BDU-da çalışır.
2002-ci ildən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vergi müşaviri idi.
İngilis, rus və türk dillərində sərbəst danışır.
.