Bəşşar Əsədə bağlı ordu Rusiyanın havadan dəstəyi ilə Hama bölgəsində quru əməliyyatlarına başlayıb.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Xəbərə görə, əməliyyat Hama bölgəsinin şimal hissəsində keçirilir.
Hamanın şimalında döyüşən Suriya Azadlıq Ordusunun "Cəbhe tuş-Şam" bölməsinin sahra komandiri Əhməd Cabir bildirib ki, səhər saatlarından Rusiyanın hava hücumu davam edir. Onun sözlərinə görə, Rusiyanın bombardmanı B.Əsədə bağlı ordunun quru əməliyyatı ilə eyin vaxtda keçirilir.
Ə.Cabir deyib ki, döyüş davam edir və B.Əsəd güclərinin irəliləməsinin qarşısını ala bilmirlər.
Qeyd edək ki, B.Əsəd silahlılarının quru əməliyyatına başaldığı və Rusiya qırıcılarının bombaladığı ərazinin Suriya Azdlıq Ordusunun nəzarəti altında olduğu bildirilir.
.
