Bu gün Sabirabad rayonu, Yenikənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 252 m2 olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.


Yenizaman.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

.