Almaniyanın paytaxtı Berlinin Moabit rayonunda yerləşən məscidin imamı olan Rusiya vətəndaşı həbs edilib.
"RİA-Novosti” agentliyi xəbər verir ki, Berlin prokurorluğu imamı İŞİD terror qruplaşması üçün gənclər toplamaqda ittiham edib.
Prokurorluğun məlumatına görə, imam oktyabrın 14-də həbs edilib.
Dağıstan Respublikasının sakini olan Murad A. milliyyətcə çeçendir. Onun Almaniyadakı çeçen icmasında əhəmiyyətli təsirə malik olduğu bildirilir.
.