Seriallara fasilə verən aktrisa Bergüzar Korel albom çıxarmağa hazırlaşır.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 2010-cu ildə "Bitmeyen şarkı" serialında bir müğənnini canlandıran Korel musiqi şirkətlərindən təklif alıb.

Keçən il "Karadayı"da söylədiyi "Sensiz saadet neymiş" mahnısı ilə bir daha sevilən aktrisa Sezen Aksudan mahnı da alıb. Artıq studiyaya girib iki mahnı oxusa da, aktrisa istənilən nəticəni almadığı üçün məşqə davam edir.

Repertuarında həyat yoldaşı, aktyor Halit Ergenç ilə duet də olan aktrisanın albomu yaxında ahzır olacaq.
.