Bərdədə yeni qəbiristanlığın salınması nəzərdə tutulan əraziyə baxış keçirilib.

Bu barədə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, komitə sədri Ramin Məmmədov, Milli Məclisin deputatı Fatma Yıldırım və Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədov qəbiristanlığın salınması üçün nəzərdə tutulan ərazidə olublar.

Baxış zamanı ərazinin mövcud vəziyyəti, coğrafi mövqeyi, mühəndis-kommunikasiya imkanları, nəqliyyat əlçatanlığı və gələcəkdə qəbiristanlıq kimi istifadəsi üçün uyğunluğu qiymətləndirilib. Eyni zamanda zəruri infrastrukturun yaradılması, abadlıq tədbirlərinin həyata keçirilməsi və qəbiristanlığın müasir tələblərə uyğun təşkili ilə bağlı məsələlər müzakirə olunub.

 

 

.