Bərdə rayonunda yararsız halda olan və mənşəyi məlum olmayan tonlarla ət tapılıb.
Respublika Baytarlıq Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı məlum olub ki, Bərdə şəhər sakini Seyfəddin Novruzovun həyətində antisanitar vəziyyətdə saxlanılan xeyli miqdarda ət var.
DBX-nin Mətbuat Xidmətinin rəisi Yolçu Xanvəli APA-nın Qarabağ bürosuna bildirib ki, S. Novruzovun həyətində müəyyən olunan saxlanc yerində hətta iki il əvvəl kəsilmiş heyvanın əti də tapılıb: "Tapılan ətin xeyli hissəsinin mənşəyi məlum deyil. Hazırda əməkdaşlarımız buradakı ətin miqdarını və mənşəyini müəyyən etməyə çalışırlar".
Məlumata görə, hl hazırda, reydə DBX rəisi Siyalə Rüstəmova rəhbərlik edir.
.
