Bərdə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasın maliyyə dəstəyi və "Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən "fəal icma və effektiv bələdiyyə xidmətləri” layihəsi çərçivəsində "strateji planlaşdırma” və "fandreyzinq” mövzusunda növbəti təlimlər təşkil edilmiş və bununla da təlimlərə yekun vurulmuşdur. Strateji planlaşdırma təlimində bələdiyyələrdə strateji planlaşdırmada missiyanın, məqsədi, vəzifənin müəyyən edilməsi, SWOT təhlili, fəaliyyətlərin planlaşdırılması mərhələləri praktiki işlərlə təlim iştirakçlarına aşılandı. Fandreyzinq təlimində vətəndaş cəmiyyət strukturlarında maliyyə planlaşdırılması, maliyyələşmə növləri-qrantlar, ianələr, üzvlük haqqları, sosial sahibkarlıq və digər maliyyələşmə növləri və onları əldə etmə ilə bağlı strategiya praktiki işlərlə təlim iştirakçılarına çatdırıldı. Bununla da layihə çərçivəsində nəzərdə tutulan təlimlərə yekun vurulmuşdur. May ayında təlim iştirakçıları təlimlərdən əldə etdikləri bilik və bacarıqlardan istifadə edərək Bərdə rayonunun bələdiyyələrinin icmalarla bağlı fəaliyyətləri üçün müxtəlif layihə təklifləri və fəaliyyətləri hazırlayıb müvafiq quruma təqdim edəcək.
.
