Daha bir sürücü diqqətsizliyi dəmiryol keçidində qəzaya səbəb olub.

Yenizaman xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Bildirlib ki, 25 iyul saat 03:50 radələrində ADY-yə məxsus teplovoz Bərdə-Yevlax mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 32-BC-687 olan "Chevrolet Cruze"markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib.

Maşinist tərəfindən təcili tormozlanma aparılsa da tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində avtomobilin sürücüsü və 1 sərnişin xəsarət almış, yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılmışdır.

ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərində qatara yol verməklə hərəkətlərini davam etdirməyə çağırırıq.

.