Bərdə rayonunda sərxoş sürücü qəza törədib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu kücəsində qeydə alınıb.
Belə ki, rayon sakinləri Nurlan Çərkəzlinin idarə etdiyi"VAZ-2107" markalı avtomobilləSadiq Vaqif oğluXəlilovun idarə etdiyi"Toyota - Prado" markalıavtomobillərtoqquşub.
Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
"VAZ-2107"-nin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olub.
Qeyd edək ki, "Toyota - Prado" markalı avtomobilin sürücüsü S.XəlilovBərdə Şəhər Bələdiyyəsinin sədridir.
Faktla bağlı araşdırmalara başlanılıb.
.
