Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin vaxtı gələn həftə məlum olacaq. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Dairə seçki komissiyaları sədrləri üçün keçirilən müşavirədə çıxış edən M. Pənahov deyib ki, artıq bələdiyyə seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb. (APA)
.