"İnterfax" agentliyinin verdiyi məlumata görə, Belçika parlamentində iclas zamanı müstəqil deputatlardan biri ölkənin baş nazirini "pedofil" adlandırıb. Deputat Loran Lui Belçikanın hökumət rəhbəri Elio Di Ruponun ABŞ prezidentinin Brüsselə səfəri ilə bağlı nitqindən sonra ona, "Təşəkkür edirəm, hörmətli pedofil, təşəkkür edirəm, hörmətli baş nazir",-deyə bildirib.
Hadisədən sonra deputatların yarısından çoxu baş nazirə həqarət edilməsinə etiraz olaraq toplantıdan yarımçıq ayrılıblar.
.