"Dağlıq Qarabağa səfər edən Jan-Jak Flao (Jean-Jacques Flahaux) Belçika Parlamentinin üzvü olsa belə Belçika dövlətini təmsil etmir”.
Bildirilib ki, Belçika dövləti üçün Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisidir. 1994-cü ildə atəşkəs əldə edildikdən etibarən özünü birtərəfli surətdə müstəqil elan etmiş bu ərazi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb: "Bu dövrdən etibarən Belçika münaqişənin hər iki tərəfin razılığı əsasında sülh yolu ilə həlli üçün Minsk qrupunun səylərini dəstəkləyir”.
Xatırladaq ki, bu il oktyabrın 30-da Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmay Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.
