"Yanvarın 15-də Belçikada terror aktı törədilə bilər".
Yenizaman.az TASS-a istinadən xəbər verir ki, bunu Belçikanın Federal prokuroru Frederik Van Lev bildirib.
O qeyd edib ki, Belçikada terrorçular yanvarın 15-i tarixinə böyük önəm verirlər: "Bu onlar üçün simvolik tarixdir. Biz bunu bilirik. 2015-ci il yanvarın 15-də ölkənin cənub-şərq hissəsində yerləşən Vervye şəhərində keçirilmiş irimiqyaslı antiterror əməliyyatı zamanı terrorçularla silahlı toqquşma olmub. Onda iki terrorçu zərərsizləşdirilib, 8-i isə tutulub".
Məlumata görə, həmin günlərdə Vervyedə keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində terrorçu qruplaşma üzvlərinin Belçikanın dövlət təhlükəsizlik xidməti və polis idarəsinin binasına hücum edəcəyi müəyyənləşib.
.
