Belarusun xarici işlər naziri Ukrayna Prezidenti Vladimir Zelenskinin Belarus və Ukrayna sərhədinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifinə münasibət bildirib.
Bu barədə Belarus XİN rəhbəri jurnalistlərə açıqlamasında deyib.
"Qərb ölkələrinin nümayəndələri Belarus və Ukrayna sərhədinə göndərilsə, bu, üçüncü ölkələrin Ukrayna münaqişəsinə cəlb olunması demək olacaq", Belarus XİN başçısı deyib.
Belarus rəsmisi ölkəsinin Qərb sərhədindəki vəziyyət barədə də danışıb.
"Sərhədə hərbi texnika və silahlar köçürülür, hərbi qulluqçular yığılır. Biz buna göz yummamalıyıq. Təbii ki, adekvat cavab tədbirləri, o cümlədən hərbi tədbirlər hazırlanacaq", Makey bildirib.
.
