Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın İttifaq Dövlətinə daxil olmaqla bağlı açıqlaması Minsklə İrəvan arasında diplomatik skandala səbəb olmayıb.
TASS xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Vladimir Makey jurnalistlərə açıqlamasında deyib.
“Bu məsələdə Ermənistandakı bəzi siyasi qüvvələrin hiperaktivliyi hiss olunurdu. Amma Prezidentin çıxışına diqqətlə baxmaq lazımdır, orda hansısa dövlətin zorla inteqrasiya birliklərinə cəlb olunması barədə söhbət getməyib”, - nazir qeyd edib.
XİN başçısı: “Belarusda bir dənə də rus hərbçisi qalmayacaq”
Birgə hərbi təlimlər başa çatdıqdan sonra Rusiyanın bütün qüvvələri Belarusu tərk edəcək.
“BelTa” verdiyi xəbərə görə, bu barədə Belarusun xarici işlər naziri Vladimir Makey keçirdiyi mətbuat konfransında deyib.
“Təlimlərdən sonra Belarusda bir dənə də olsun rus hərbçisi və ya Rusiya hərbi texnikası qalmayacaq”, - nazir vurğulayıb.
Belarus XİN rəhbəri qeyd edib ki, iki ölkənin birgə hərbi təlimlər keçirmək üçün kifayət qədər əsası var, çünki NATO Qərbdə, o cümlədən Belarusla həmsərhəd ölkələrdə fəaldır.
.
