Yaxın həftə ərzində Belarus hərbçiləri “Vaqner” Özəl Hərbi Şirkətinin döyüşçülər ilə birlikdə poliqonda döyüş hazırlığı tapşırıqlarını yerinə yetirəcək.

Bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Belarus Silahlı Qüvvələri “Vaqner” döyüşçüləri ilə birgə təlimləri davam etdirir", - məlumatda deyilir.

İdarədən bildirilib ki, bir həftə ərzində xüsusi təyinatlı qüvvələrin bölmələri şirkət nümayəndələri ilə birgə poliqonda döyüş hazırlığı tapşırıqlarını işləyəcək.

Bundan əvvəl, Belarus Müdafiə Nazirliyi “Vaqner” ilə birlikdə təcrübə mübadiləsi üçün yol xəritəsinin işlənib hazırlandığını elan etmişdi.

.