Belarus ölkədəki daxili siyasi vəziyyətlə əlaqədar kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət göndərməyib.

“TASS” verdiyi məlumata görə, bunu KTMT-nın baş katibi Stanislav Zas deyib.

“Kömək göstərmək üçün mexanizmlərimiz mövcuddur. KTMT tərəfindən təmin edilə biləcək hər hansı bir yardım yalnız dövlətin tələbi əsasında təşkil edilir. Hələlik Belarusdan belə bir müraciət yoxdur. Əminəm ki, Belarus bu problemlərin öhdəsindən yalnız özü gələcək”, Zas bildirib.

Qeyd edək ki, 16 avqust tarixində Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında yenidən telefon danışığı olub.

Bildirilib ki, xarici təhdidlər baxımından vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya Belarusa İttifaq dövlətin yaradılması haqqında müqavilənin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xətti ilə problemlərin həllində kömək etməyə hazır olduğunu təsdiqləyib.

.