Belarus treyderləri Azərbaycan və Səudiyyə Ərəbistanı tərəfdaşları ilə alternativ neft tədarükü üzrə uzunmüddətli müqavilələr hazırlayır.

Belarus mətbuatı verdiyi məlumata görə, bunu "Belneftexim" konserninin xarici iqtisadi əlaqələr şöbəsinin müdiri Ruslan Labut deyib.

"Alternativ yeni bir reallığa çevrildi. Belarus Rusiya təchizatçılarının təklif etdiyi ən əlverişli şərtlərin olduğu şəraitdə də alternativ neft tədarük istiqamətlərindən imtina etməyəcək. Enerji təhlükəsizliyi ciddi qaydalar tələb edir və Belarusun neft ticarətçiləri uzunmüddətli müqavilələr hazırlayır", - deyə R. Labut qeyd edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında SOCAR Belarusa 3,83 mln. barel həcmində neft göndərib. Belə ki, ilin əvvəlindən SOCAR Belarusa 2,05 mln. barel Azərbaycan nefti göndərib. Bununla yanaşı, ötən dövr şirkət sözügedən ölkəyə 1,78 mln. ton həcmində üçüncü istehsalçıların neftini göndərib.

Xatırladaq ki, Belarus tərəfi bu il SOCAR-dan 1 mln. ton həcmində neft almaq niyyətindədir.

.