İranın raket zərbəsi nəticəsində azı üç nəfərin yaralandığı açıqlanıb.
Bu barədə Bəhreyn Krallığının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hücum zamanı Manamanın şimal-şərqində yerləşən Mühərrək rayonunda universitet binalarından biri də zərər görüb.
Nazirliyin X sosial şəbəkəsində yayımladığı bəyanatda qeyd olunub ki, “İranın açıq-aşkar aqressiyası nəticəsində üç nəfər yaralanıb. Raket qalıqlarının düşməsi səbəbindən Mühərrək rayonunda universitet binasına maddi ziyan dəyib”.
Rəsmilər hansı universitetin zərər gördüyünü dəqiqləşdirməyiblər.
.
