Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xeyir-duamı çatdırmaqdan məmnunluğumu ifadə edirəm.

Hər şeyə qadir olan Uca Allahdan Sizə cansağlığı və səadət, müsəlman ümmətinə firavanlıq arzulayıram".

BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun Prezident İlham Əliyevə məktubunda isə deyilir:

"Hörmətli cənab Prezident.

Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.

Uca Yaradandan Sizə cansağlığı və xoşbəxtlik, müsəlman ümmətinə rifah diləyirəm".

BƏƏ-nin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyanın Prezident İlham Əliyevə təbrik məktubunda isə vurğulanıb:

"Zati-aliləri cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.

Arzu edirəm ki, Ulu Tanrı Sizə cansağlığı və səadət, müsəlman ümmətinə xoşbəxtlik nəsib etsin".

.