Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsraildə koronavirusun yayılması ilə bağlı tətbiq olunan məhdudiyyətlər səbəbindən bu ölkədə öz səfirliyinin açılmasını təxirə salmalı olub.

TASS xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Məlumata görə, “açılışın təxirə salınması koronavirus pandemiyasına qarşı mübarizə məqsədi ilə Tel-Əvivdə tətbiq olunan hərəkət məhdudiyyətləri ilə bağlıdır”. Nazirlik hazırda “diplomatik nümayəndəliyin açılışı ilə bağlı işlərin israilli həmkarlarla koordinasiya şəklində aparıldığını” qeyd edib.

Qeyd edək ki, yanvarın 24-də Əbu-Dabi şəhərində İsrailin BƏƏ-dəki səfirliyi rəsmi olaraq açılıb. Elə həmin gün əmirliklərin Tel-Əvivdəki səfirliyinin açılması da təsdiqlənib.
 

.