BDU-da aksiya iştirakçılarından olan fəlsəfə ixtisası üzrə birinci kurs tələbəsi Ofelya Abdullayeva polis idarəsinə çağırılıb. Bu barədə Hafta.az-a açıqlamasında adıçəkilən şəxs məlumat verib: "Səhər məni yuxudan oyatdılar ki, polis idarəsinə gəlməlisən. Bölmənin nömrəsini demədilər.”
Qeyd edək ki, BDU-da bu gün saat 13:30-da növbəti tələbə aksiyasının olması gözlənilir.
Son məlumata görə, tələbə Nəsimi rayon 22 saylı polis bölməsinə çağırılıb.
.
