Amerikalıların yarıdan çoxu 55%- i Co Baydenin ABŞ prezidenti kimi fəaliyyətini dəstəkləmir.
Bunu Marist İnstitutu sosial xidmətinin apardığı sorğunun nəticələri göstərir. Sorğuya əsasən, respondentlərin 44%-i onun fəaliyyətini “qəti şəkildə bəyənmir”.
Qeyd edək ki, noyabrın sonunda amerikalıların 50%-i Baydeni dəstəkləmirdi. ABŞ dövlət başçısının fəliyyətini bəyənənlərin sayı 1% azalaraq 42-dən 41%-ə düşüb. Sorğu dekabrın 11-dən 13-dək keçirilib və 18 yaşdan yuxarı 1400 ABŞ vətəndaşı sorğuda iştirak edib.
.
