ABŞ prezidenti Co Bayden Pensilvaniyadakı mitinqdə izdihamın içinə atlamağı simulyasiya edərək tədbir iştirakçılarını əyləndirib.

Sosial şəbəkələrdə bununla bağlı müvafiq görüntülər yayılıb.

Kadrlardan görünür ki, mitinqdə çıxış etdikdən sonra Bayden sanki səhnədən tullanmaq istəyirmiş kimi davranıb. Yaxınlıqda olan ABŞ-nin vitse-prezidenti Kamala Harris zarafatı başa düşüb və prezidentlə bərabər oyuna qoşulub; guya onu tuturmuş kimi davranıb.

Daha sonra əla əhval-ruhiyyədə olduğu görünən Bayden tamaşaçılara havadan öpüş göndərib və gümrah şəkildə səhnədən qaçıb.

 

.