ABŞ prezidentliyinə namizəd Co Bayden seçkilərdə qalib gələcəyi təqdirdə ildə 400 min dollardan çox maaş alan ABŞ vətəndaşlarından daha yüksək məbləğdə vergi alınacağını bildirib.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Vaxtı çatıb ki, onlar bizdə olan iqtisadi məsuliyyəti paylaşsınlar. Mən heç kəsi cəzalandırmıram. Zənginlər və korporasiyalar öz payını ədalətli şəkildə büdcəyə köçürməlidirlər”, - deyə C.Bayden qeyd edib.

Kasıb amerikalıların vergi ödəmələrinin artırılması məsələsinə toxunan C.Bayden buna ehtiyac olmadığını söyləyib.

.