ABŞ Prezidenti Cozef Bayden BMT Təhlükəsizlik Şurasında islahatlar olacağı təqdirdə Yaponiyanın şuraya daimi üzvlüyünü dəstəkləyəcəyini bildirib.

NHK xəbər verir ki, bunu dövlət başçısı Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşdə söyləyib.

İki ölkə lideri BMT-də, o cümlədən qurumun Təhlükəsizlik Şurasında islahatların vacibliyini vurğulayıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü var: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin.

.