Bayden və Zelenskinin danışıqları iki saatdan çox davam edibVladimir Zelenski və Cozef Bayden
Ağ Evdə ABŞ prezidenti Cozef Baydenin və Ukrayna prezidenti Vladimir Zelenskinin görüşü iki saatdan çox davam edib.
Bu barədə  Ukraynanın TSN telekanalı xəbər verir.
Qeyd edilir ki, danışıqlar mətbuat üçün qapalı olub.
Görüş Bakı vaxtı ilə saat 22:08-də başlayıb, Ukrayna lideri saat 00:18-də Ağ Evi tərk edib. Zelenski görüşdən dərhal sonra jurnalistlərə hər hansı açıqlama verməyərək avtomobilinə əyləşib. Bundan əvvəl isə Ukrayna nümayəndə heyəti Ağ Evi tərk edib.

.