ABŞ prezidenti Co Bayden çərşənbə axşamındakı çıxışında Ukraynanı Rusiya ilə səhv salıb.

O, ABŞ-ın Ukraynaya deyil, Rusiyaya “Javelin” tank əleyhinə raket sistemləri verdiyini deyib.

“Rusiyanın hücumundan əvvəl biz müdafiəni gücləndirmək üçün Rusiyanın “Javelin” və digər silahlara malik olmasından arxayın olduq”, - deyə o bəyan edib.

Dövlət başçısı çıxışı zamanı daha bir dəfə səhv edərək Konqresdən Ukraynaya dəstək üçün istədiyi 33 milyard dollarlıq əlavə paketin həcmini 300 milyard dollar kimi qeyd edib.

Bayden Ukrayna böhranını tarixin dönüş nöqtəsi adlandırdı

ABŞ prezidenti Co Bayden Ukrayna böhranını tarixin dönüş nöqtəsi adlandırıb.

“Biz tarixin dönüş nöqtəsindəyik. Əslində bu, təxminən altı-səkkiz nəsildə bir dəfə baş verir”, - o, Alabamada Ukrayna üçün “Javelin” tank əleyhinə raket kompleksləri istehsal edən zavoda səfəri zamanı deyib.

“Açıq deyə bilərik ki, Rusiya hərbi birləşmələri böyük çətinliklə üzləşib. Rusiya üçün bu müharibə strateji məğlubiyyətdir. Ukraynaya 3 milyard dollardan çox hərbi yardım etmişik. Biz Ukraynaya kömək etməsək ruslar irəliləməyə davam edəcəkdilər. Müharibəyə qarşı çıxmasaq, bunun nəticələri daha ağır olacaq”, - deyə dövlət başçısı bəyan edib.

Bayden əlavə edib ki, o, Ukraynadakı hadisələri müasir şəraitdə demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” hesab edir.

.