ABŞ Prezidenti Co Bayden Ukrayna iqtisadiyyatına dəstək məqsədilə 500 milyon dollar məbləğində yardım ayırdığını bəyan edib.
Bayden bildirib ki, bu, birbaşa müharibədən zərər görən Ukrayna iqtisadiyyatının dirçəldilməsinə sərf olunacaq.
ABŞ lideri vurğulayıb ki, bununla da son iki ayda Ukrayna iqtisadiyyatına ayırdığı vəsaitin həcmi 1 milyardı ötüb.
Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırıb
ABŞ Prezidenti Co Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırdığını açıqlayıb.
O, bu barədə mətbuat konfransında bildirib.
ABŞ lideri bununla bağlı qərarı təsdiqlədiyini bəyan edib.
Bayden hərbi yardım paketinə ağır artilleriya silahları, haupitsalar və taktiki dronların daxil olduğunu vurğulayıb.
