ABŞ və İsrail Türkiyə, Misir və Qətərin vasitəçiliyi ilə yaxın günlərdə Qəzza zolağında atəşkəsə nail olmağa çalışacaq.
Yenizaman “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden "X" sosial şəbəkəsində yazıb.
"Yaxın günlərdə ABŞ Türkiyə, Misir, Qətər, İsrail və digər ölkələrlə birlikdə Qəzzada atəşkəsə nail olunması, o cümlədən girovların azad edilməsi istiqamətində daha bir cəhd edəcək", - o qeyd edib.
C.Baydenin sözlərinə görə, Vaşinqton HƏMAS hərəkatını Fələstin anklavında hakimiyyətdən uzaqlaşdırmaqla müharibəyə son qoymaq niyyətindədir.
.