ABŞ prezidenti demokrat Co Bayden qarşıdan gələn noyabr seçkilərindəki rəqibi, Pensilvaniyada seçki kampaniyası zamanı açılan atəş nəticəsində yaralanan Respublikaçı Donald Trampla şənbə günü axşam telefon danışığı aparıb.

Bu barədə jurnalistlərə Ağ Evin mətbuat xidmətindən məlumat verilib. Məlumatda həmçinin Baydenin Pensilvaniya qubernatoru Coş Şapiro və Butler şəhərinin meri Bob Dendoy ilə də danışdığı bildirilir.

Ağ Evdən verilən açıqlamada söhbətin təfərrüatları ilə bağlı heç bir açıqlama verilməyib.

.