ABŞ prezidenti Co Bayden Ağ Evin sabiq rəhbəri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın siyasi cəhətdən təcrid edilməsinin zərurətindən danışıb.

O, bu barədə Demokratların Nyu-Hempşirdəki qərargahında çıxışı zamanı bildirib.

Bayden Trampın yenidən seçiləcəyi təqdirdə ABŞ-da demokratiya üçün təhlükə yaradacağına dair uzun müddətdir davam edən arqumentini təkrarlayaraq onu təcrid etməyə çağırıb.

“Qəribə səsləndiyini bilirəm. Deyəsən, bunu beş il əvvəl desəydim, məni dəmir barmaqlıqlar arxasına qoyardınız. Biz onu bağlamalıyıq”, - deyə Bayden bildirib.

.