ABŞ-ın keçmiş respublikaçı prezidenti Donald Trampın tərəfdarları noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində Amerika seçki sistemini pozmağa çalışırlar.

Bu barədə ABŞ-ın hazırkı lideri Co Bayden bildirib.

“İndi isə ekstremist Respublikaçıla təkcə keçmiş seçkilərin deyil, indi və gələcək seçkilərin legitimliyini şübhə altına alırlar. MAGA respublikaçıların hərəkətverici qüvvəsidir. Onlar 2020-ci ildə uğursuzluğa düçar olub”,- deyə Bayden bildirib.

Bayden bildirib ki, 2020-ci il seçkilərini tanımaqdan imtina edən şəxs Amerika demokratiyasını şübhə altına alır.

.