ABŞ Prezidenti Co Bayden NATO-nun Madrid Sammitində iştirakını təsdiqləyib.

TASS xəbər verir ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles açıqlama verib.

Qeyd edək ki, İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Sammiti 28-30 iyun tarixlərində baş tutacaq.
 

.