ABŞ Prezidenti Co Bayden bildirib ki, koronavirusun yeni ştammının aşkarlanması əqli mülkiyyətə qoyulan məhdudiyyətlərin aradan qaldırılması zərurətini təsdiqləyir.

Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Bayden xüsusi olaraq vurğulayıb ki, dünyada bütün insanlar peyvənd edilməyincə pandemiya bitməyəcək: "Koronavirusun yeni variantı haqqında xəbərlər onu deməyə əsas verir ki, peyvəndləmə qloballaşmayana qədər pandemiya bitməyəcək. Bu, özünü həmişəkindən daha aydın şəkildə göstərməkdədir”.

.