Birləşmiş Ştatlar hesab edir ki, yaxın onilliklərdə dünya tarixinin gedişatını daha çox Asiya-Sakit okean regionunda baş verən hadisələr müəyyən edəcək və Vaşinqton ada ölkələri və orada yerləşən ərazilərlə əməkdaşlığı artırmaq, Kuk və Niue adalarının suverenliyini tanımaq niyyətindədir.

Xarici KİV xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonda keçirilən ABŞ-Sakit Okean adaları sammitində deyib.

Ağ Ev rəhbəri xatırladıb ki, ABŞ-ın dünyanın bu hissəsindəki ada əraziləri ilə tərəfdaşlığı militarist Yaponiyanın məğlubiyyətinə və İkinci Dünya Müharibəsi zamanı Sakit okeanda hərbi əməliyyatların dayandırılmasına töhfə verib.

"Bu gün Sakit okeanda təhlükəsizlik bizim üçün və inanıram ki, sizin üçün də kritik olaraq qalır. Amerikanın və açığını desək, bütün dünyanın təhlükəsizliyi sizin və Sakit okean adalarının təhlükəsizliyindən asılıdır", - o deyib.

.