ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin Müdafiə naziri vəzifəsinə keçmiş Mərkəzi Qüvvələrin (CENTCOM) komandiri, istefada olan general Loyd Austini namizəd göstərəcəyi iddia edilib.
“Anadolu” xəbər verir ki, Austin ABŞ-da döyüş komandanlığını idarə edən ilk qaradərili kimi tanınır.
ABŞ qanunlarına görə, bir şəxs hərbi peşədən ayrıldıqdan sonra yeddi ilə qədər Müdafiə Nazirliyində hər hansı bir mülki vəzifəyə təyin edilə bilməz.
Seçkidən qısa müddət sonra Baydenin Müdafiə Nazirliyinə keçmiş Müdafiə Katibi Mişel Flournoyu namizəd göstərəcəyi gözlənilirdi.
.
