“ABŞ Silahlı Qüvvələri İŞİD terror təşkilatının bir qolu olan “Xorasan İslam Dövləti”nin mövqelərinə zərbə endirmək planları hazırlayacaq”.

Bu barədə ABŞ Prezidenti Co Bayden Kabildə baş verən terror aktı ilə əlaqədar Ağ Evdə çıxışı zamanı bildirib.

“Mən komandirlərimə Xorasandakı hədəfləri və İŞİD rəhbərliyini vurmaq üçün əməliyyat planları hazırlamağı əmr etdim. Onlara güc və dəqiqliklə reaksiya verəcəyik”, deyə Bayden vurğulayıb.

ABŞ lideri deyib ki, “Taliban” İŞİD yaraqlılarına Kabildə terror təşkil etməkdə kömək etməyib və gələcəkdə onlara kömək etməyəcək: “Hələlik, bu gün baş verənləri və gələcəkdə də davam etməsi gözlənilənləri həyata keçirmək üçün “Taliban” və İŞİD arasında bir sui-qəsd planının olduğuna dair heç bir dəlil, sübut yoxdur”.

.