ABŞ Prezidenti Cozef Bayden Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətindəki irəliləyişinin rusiyalı həmkarı Vladimir Putini əsl dilemma qarşısında qoyduğunu bildirib.

Yenizaman AFP-yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı ölkənin cənubundakı Nyu-Orlean şəhərində jurnalistlərə açıqlama verərkən söyləyib.

“Bu, Putin üçün əsl dilemma yaradır, biz isə ukraynalılarla birbaşa, daimi təmasdayıq. Bunun aktiv olduğu müddətdə deyə biləcəyim bu qədərdir”, – deyə agentlik Bayden sitat gətirib.

Qeyd edək ki, bu Birləşmiş Ştatların Prezidenti Cozef Baydenin Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində həyata keçirdiyi hərbi əməliyyatlarına dair ilk şərhidir.

Xatırladaq ki, avqustun 13-də Litvanın müdafiə naziri Laurinas Kaşşünas Rusiya qoşunlarının ölkənin Avropadakı anklavı olan Kalininqrad vilayətindən qızğın döyüşlərin getdiyi Kursk vilayətinə göndərildiyini bildirmişdi.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini açıqlamışdı.

.