G20 sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşdə NATO və strateji müttəfiqlik kontekstində atılacaq addımları da müzakirə etdik.

“Hürriyət” qəzeti verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romadan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Hər şeydən əvvəl bizim “F-35” məsələmiz var. Məlum olduğu kimi 1 milyard 400 milyon dollarlıq ödəniş etmişik. Bununla bağlı olaraq da “F-16” tədarükünü müzakirə etdik. Bu məsələdə də Baydendən neqativ münasibət görmədim. Bayden dedi ki, çox qısa zamanda nəticə əldə edə bilmərik. O, məsələnin Nümayəndələr Palatası və Senatda müzakirə olunacağını, vəziyyətin 50:50-yə olduğunu diqqətimə çatdırdı və əlindən gələni edəcəyinə dair söz verdi. Mən də ona bunu bacaracağımıza inandığımızı bildirdim”, - Türkiyə dövlət başçısı vurğulayıb.

.