“Əminəm ki, müharibəyə daha çox gənc kişi və qadın göndərmək qərarı vermədiyim üçün tamamilə haqlıyam”.

Bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə Əfqanıstandakı vəziyyətlə bağlı çıxışı zamanı deyib.

Eyni zamanda, ABŞ lideri Əfqanıstanla bağlı amerikalıların rəy sorğusunda verdikləri cavaba rəğmən bu fikri səsləndirib.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Alabama ştatında tərəfdarlarının mitinqində qoşunları Əfqanıstandan geri çəkdiyinə görə ortaya çıxan problemlərələ bağlı Baydeni səriştəsiz adlandırıb: "Baydenin Əfqanıstandan qoşunları müvəffəqiyyətsiz çıxarması, onun kobud bacarıqsızlığının ən təəccüblü təzahürüdür. Bu, hərbçilərin geri çəkilməsi deyil, tamamilə təslim olmaqdır”.

Tramp Baydeni amerika qoşunlarının Əfqanıstanda 83 milyard dollarlıq hərbi texnikanı qoyaraq tərk etməsində ittiham edib

.