ABŞ Prezidenti Co Bayden yenə yolunu itirməsi ilə gündəm olub. Hadisə Bostona (Massaçusets ştatı) işgüzar səfəri zamanı Britaniya taxtının varisi şahzadə Uilyam ilə görüşdə baş verib.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Videodan görünür ki, Bayden əvvəlcə soyuq havaya baxmayaraq, Kembric hersoqunun paltosunun olmamasından təəccübünü dilə gətirir.

“Paltonuz haradadır? Sizi yenidən görməyə şadam”, - deyə ABŞ lideri şahzadəyə deyir.

Onlar əl sıxışıb, bir neçə dəqiqə söhbət edirlər. Bundan sonra Con Kennedi Prezident Kitabxanası və Muzeyinə gedilməli idi. Ancaq Bayden səhv tərəfə istiqamətlənir. Bu zaman cangüdənlər ona əks tərəfə getməli olduğunu deyirlər. Bayden başa düşmür və bir neçə anlıq çaşqınlıq yaşayır. Ancaq Şahzadə Uilyamın dəstəyi ilə yolu tapır.

Qeyd edək ki, bu, Baydenin yolu itirməsi ilə bağlı ilk hadisə deyil. Məsələn, oktyabr ayında prezident Ağ Evin qazonunda ağacəkmə mərasimindən sonra da çaşqınlıq yaşamışdı. Sonra mühafizəçilər amerikalı liderə oradan necə keçəcəyini söyləməli olublar.

.