ABŞ Prezidenti Co Bayden bildirib ki, Rusiya Federasiyasının elitalarına, banklara və suveren borcuna qarşı sanksiyalar tətbiq edir.

TASS xəbər verir ki, bu barədə amerikalı lider açıqlama verib.

Bayden vurğulayıb ki, sanksiyalar Moskvanın Ukraynadakı hərəkətlərindən asılı olaraq sərtləşdiriləcək və ABŞ-ın 2014-cü ildə tətbiq etdiyi sanksiyalardan qat-qat güclü olacaq.

“Mən 2014-cü ildə bizim və tərəfdaşlarımızın tətbiq etdiyi sanksiyalardan daha çoxunu edəcəm. Əgər Rusiya bu işğalı davam etdirərsə, biz sanksiyalarla daha da irəli getməyə hazırıq” deyə Bayden bildirib.

Onun sözlərinə görə, Vaşinqton Moskvanın hərəkətlərinə cavab hazırlamaq üçün Avropada və bütün dünyada müttəfiqləri və tərəfdaşları ilə sıx əməkdaşlıq edib.

.