Aparıcı KİV-lərin proqnozlarına görə ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Demokratlar partiyasından namizəd Cozef Bayden ölkəsinin dünyadakı rolunu bərpa etmək niyyətindədir.

 "TASS" verdiyi məlumata görə, bu barədə C.Bayden Delaver ştatında çıxışı zamanı bildirib.

ABŞ prezidenti vəzifəsinə namizəd deyib: "Mən bu vəzifəyə Amerikanın ruhunu sağaltmaq, bu ölkənin əsasını - onun orta təbəqəsini - bərpa etmək, və Amerikaya dünyada yenidən hörmət edilməsini təmin etmək üçün nail olmağa çalışmışam".

C.Bayden qeyd edib ki, ölkənin cəmiyyətini birləşdirmək və Amerikanın dünyadakı rolunu bərpa etmək niyyətindədir:

"Xalq sözünü dedi və biz seçkilərdə böyük bir qələbə qazandıq. Biz qələbəni prezident seçkilərində ən çox - 74 milyon səs toplayaraq qazandıq. Mən cəmiyyəti bölən deyil, birləşdirən prezident olacağıma söz verirəm".

C.Bayden həmçinin ABŞ-da irqçiliyə son qoyulması üzərində işləyəcəyinə və noyabrın 9-u pandemiya ilə mübarizə üçün ekspertlər qrupu təyin edəcəyinə dair söz verib.

.