ABŞ prezidenti Co Bayden sabiq prezident Donald Trampla prezident seçkilərində rəqabət aparacağını deyib.

O, bu barədə ABC telekanalına müsahibəsində bildirib.

Bayden qeyd edib ki, əgər səhhəti imkan verərsə, preziden seçkilərində  iştirak edəcək.

Bundan başqa o, 2020-ci il seçkilərindən sonra ABŞ Konqresinin binasına hücuma görə məsuliyyət daşıyanların hamısının cəmiyyətdəki mövqeyindən asılı olmayaraq mühakimə olunmasına çağırıb.

Son  prezident seçkilərində qalib gəlməzdən əvvəl Bayden iki dəfə ABŞ-da 1988 və 2008-ci illərdə prezidentliyə namizəd olub.

Qeyd edək ki, 2019-cu ilin noyabrında keçirilən prezident seçkilərində onun rəqibi D.Tramp olub. Co Bayden 2020-ci ilin yanvarında  rəsmən prezident seçilib.

.