Türkiyənin "Başakşəhər” klubu uzun müddətdir özünə klub axtaran Arda Turanı transfer etmək üçün razılıq əldə edib.

Klubun prezidenti Göksəl Gümüşdağ dünən özəl təyyarə ilə Barselonaya uçub və Arda Turanla görüşüb.

Tərəflər arasında prinsiplərdə razılığa gəlinib. Təkcə Ardanın hazırda məxsus olduğu "Barselona” klubunun razılığını əldə etmək qalıb.

İstanbul təmsilçisi Ardaya bu mövsümün ikinci yarısı üçün 4 milyon avro, növbəti mövsüm üçünsə 6 milyon avro ödəniş təklif edib. Bu məbləği qəbul edən ulduz futbolçu "Başakşəhər”ə 1,5 illik "hə” cavabı verib.

Qeyd edək ki, Arda "Barselona”dan 7 milyon avro maaş alır.
.