Baş Prokurorluq Şuşa şəhərinə səfər barədə maarifləndirici video hazırlayıb.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən hazırlanmış videoda Şuşa şəhərinə səfər etməyin qaydası ilə bağlı vətəndaşlara izah verilib.

Qeyd olunub ki, insanların Vətən torpağına olan sevgisindən öz cinayətkar niyyətlərini həyata keçirmək üçün istifadə edən həmin şəxslərə qarşı mübarizə aparmaq məqsədilə Qarabağa necə səfər etməyin mümkünlüyü barədə qaydaları bilmək vacibdir:

"Bildiririk ki, tarixi torpağımız olan Şuşa şəhərinə səfər etmək istəyən vətəndaşlar “Yolumuzqarabaga.az” portalına daxil olub “ASAN login” sistemi vasitəsilə login olduqdan sonra mövcud reyslərdən hər-hansı birini seçməli, daha sonra elektron poçt ünvanını, şəxsiyyət vəsiqəsinin seriyasını, fərdi identifikasiya nömrəsini, mobil telefon nömrəsini və digər zəruri məlumatları daxil etməklə bilet əldə edə bilərlər".

Xatırladaq ki, Baş Prokurorluğun bir neçə gün öncə təqdim etdiyi maarifləndirici videoçarxda Şuşa şəhərinə saxta turlar təşkil edən şirkətlər barədə məlumat verilib.

 

 

 

.