Baş Prokurorluq ictimai köməkçilərə vəsiqə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. 

Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, hazırda Prokurorluq orqanlarında ictimai köməkçilərə vəsiqə verilməsi nəzərdə tutulmayıb: “Lakin bu məsələyə gələcəkdə baxıla bilər”.  

Qeyd edək ki, Baş Prokurorluğun “Instagram” səhifəsində sual-cavab sessiyası keçirilir. Saat 09:00-dan başlayan sessiya 15:00-dək davam edəcək.

Vətəndaşlar onlayn sessiyaya qoşularaq prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı suallar verə bilərlər.

.